ABŞ-ın silah satışını artırmaq niyyətində deyil

ABŞ-ın silah satışını artırmaq niyyəti yoxdur, lakin bu seqmentdəki mövqeyini qoruyacaq.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi Agentliyinin direktoru Haydi Qrant deyib.

Qrant qeyd edib ki, beynəlxalq tərəfdaşlar Amerika silahlarını almaqda maraqlı olduqları üçün ABŞ silah satışındakı mövqeyini qorumaq niyyətindədir.

O qeyd edib ki, departament Amerikanın silah istehsalçılarını qlobal bazarda dəstəkləməkdə davam edəcək.