ABŞ mediası Qarabağda istifadə edilən PUA-ları “sehirli mərmi” adlandırdı

Türkiyə SİHA-ları Amerika mediasında geniş müzakirələrə səbəb olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Forbes bu SİHA-ları “sehirli mərmi” adlandırıb.

David Hambling tərəfindən yazılan məqalədə Azərbaycanın Ermənistanla müharibədə bir neçə növ pilotsuz uçuş aparatından istifadə etdiyi, onlardan birinin də Türk SİHA-ları olduğu vurğulanıb. Məqalədə Bayraktar TB2-lərin uğurlarından bəhs edilib. Sözügedən SİHA-ların daha əvvəl Suriya, İraq və Liviyada istifadə edildiyi yazılıb.

Həmçinin bildirilib ki, Bayraktar TB2-lər ABŞ və Suriya istehsalı SİHA-larla müqayisədə daha effektivdirlər.