AVRO-2020: Daha bir vəsiqənin sahibi məlum oldu

AVRO-2020-nin pley-off mərhələsində final oyunlarına start verilib.

“Report”un məlumatına görə, günün ilk görüşündə Gürcüstan və Şimali Makedoniya yığmaları üz-üzə gəlib. D yoluna təsadüf edən matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 56-cı dəqiqədə Qoran Pandev vurub. Bununla da Şimali Makedoniya yığması AVRO-2020-yə vəsiqə qazanan 29-cu komanda olub.

Qalan 3 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək.