“Azərmaş” ASC-dən orduya dəstək – VİDEO

Son günlər bir çox müəssisə və təşkilatlar silahlı qüvvələrə dəstək məqsədi ilə təşkil edilən aksiyalarda aktiv iştirak edir.

Bu gün “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti də bu təşəbbüsə qoşularaq orduya dəstək məqsədi ilə xüsusi sifarişlə hazırlanan 3 ədəd təcili sanitar avtomobilini silahlı qüvvələrə hədiyyə etdi.
Bu sanitar avtomobillər eyni anda 4 köməyə ehtiyacı olan şəxsə yardım etmək imkanına malikdir
Qeyd edək ki, bu Azərmaş səhmdar cəmiyyətinin ilk humanitar aksiyası deyil . Azərbaqycanda avtomobil sənayesinin qurucusu olan müəssisə pandemiya dövründə də, bir çox dövlət sturukturlarını müxtəlif avtomobillər ilə təmin edib.