Bakı Ali Neft Məktəbinin 3 əməkdaşı “ Yüksəliş ” – in qalibidir

Bakı Ali Neft Məktəbinin müəllimləri “Yüksəliş” müsabiqəsinin qalibləri olublar. Bu barədə
Ali Məktəbdən məlumat verilib. Onlardan Orxan Quliyev 1 – ci yerə, Ziya Mürsəlzadə 2 –
ci yerə, Güldənə Hidayətli isə 19 – cu yerə layiq görülüblər. Qaliblər 12000 – ə yaxın
iştirakçı arasından seçiliblər. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki,
20 – likdə yer tutmaq qürurvericidur. Bu bütün SOCAR və BANM ailəsinin sevinci,
uğurudur.
Orxan Quliyev Avtomatika mühəndisliyi ixtisasında, Ziya Mürsəlzadə Biznesin İdarə
edilməsi proqramı üzrə ixtisaslarda (MBA) dərs deyir. Güldənə Hidayətli isə BANM – də
Keyfiyyətə təminat şöbəsinin müdiridir. Eyni zamanda Bakı Ali Neft Məktəbinin
məzunudur. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi
rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 000 AZN məbləğində
özünüinkişaf qrantı əldə edəcək.
Qeyd edək ki, Orxan Quliyev, Ziya Mürsəlzadə eyni zamanda SOCAR şirkətində məsul
vəzifələrdə çalışırlar.
Yeri gəlmişkən, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019 – cu ildə
imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan
perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı
bankının yaradılmasını təmin etmək üçün təsis olunub.