Böyük qələbə – VİDEO

Dağlıq Qarabağ barədə əldə edilən 3 tərəfli razılıq Azərbaycanın həm Qarabağ, həm də Naxçıvabla bağlı starteji uğurudur. Razılaşma uzun illərdir blokadada qalan Naxçıvanı nəhayət ki, Azərbaycanla birləşdirilməsinə imkan yaradır, Qarabağa isə hər hansı statusun verilməsi nəzərdə tutulmur. Mütəxəssislərin fikrincə böyük qələbəni təmin edən Azərbaycan qısa müddət ərzində işğaldan azad olunmuş bölgələrin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq. Artıq bu istiqamətdə işlərə start verilib.

Ədalət Verdiyevin sözlərinə görə, bu razılaşmda qazanan tərəf Azərbaycan xalqı, qalib ölkə Azərbaycandır. Və bu torpaqlar yalnız Azərbaycan dövlətinin idarəçiliyi altında olacaq.

Ümymuiiyətlə Azərbaycan vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atdı. Azərbaycan əsgərinin, xalqının və dövlətinin bu böyük qələbəsi ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Yaxın gələcəkdə bütöv bir strateji əhəmiyyəti əhatə edəcək.