Meksika sahillərində 2 ton kokain ələ keçirilib

Meksika hərbçiləri ölkənin Sakit okean sahilindəki Akapulko şəhərindən 600 km cənub-şərqdə, açıq dənizdə olan gəmidə azı 2 ton kokain aşkar edərək ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Dəniz Qüvvələri Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, içərisində kokain olan paketlər 95 çantaya yerləşdirilib. Narkotiklər döyüş gəmisinə qoyularaq Akapulkoya aparılıb və lazımi araşdırma aparılması  üçün Qerrero əyalətindəki prokurorlara təslim edilib.